Safeguarding at APOPO – HAMI ÜÇÜN LƏYAQƏT

APOPO hər kəs üçün daha yaxşı və daha təhlükəsiz bir dünya yaratmaq istəyir və bu, təhlükəsizliyin təmin edilməsini bizim əsas prioritetlərimizdən birinə çevirir.

APOPO-da ‘safeguarding’ – insanları, heyvanları və ətraf mühiti zərərdən qorumaq və hər kəsə ləyaqət və hörmətlə yanaşmaq deməkdir.

Qoruma və istismar narahatlığı barədə necə bildirmək olar?

APOPO – da, Biz, insanların, heyvanların və ətraf mühitin, hörmət və qayğı ilə qarşılandığı və zərərdən qorunduğu bir mədəniyyət yaratmağa sadiqliyimizi bildiririk.

Əgər APOPO-nun dəyərlərinə və ya Qoruma və İstismar (Safeguarding) siyasətinə zidd olan hər hansı bir davranış görmüsünüzsə və yaxud yaşamısınızsa, xahiş edirik, bizimlə danışın. Özünüzü ən təhlükəsiz və rahat hiss etdiyiniz üsulu seçə bilərsiniz.

Əgər APOPO ilə işləyirsinizsə, birbaşa bağlı olduğunuz rəhbərinizlə İnsan Resursları bölməsi və ya yerli Qoruma və İstismar nümayəndəsi ilə danışa bilərsiniz. Onlar sizi diqqətlə və məxfi şəkildə dinləyəcək, dəstək verəcək və lazım gəldikdə növbəti addımları atacaqlar.

Əgər rəsmi hesabat təqdim etməyi üstün tutursunuzsa, bunu aşağıdakı yollardan biri ilə tam məxfiliklə edə bilərsiniz:

Elektron poçt və elektron forma vasitəsilə daxil olan bütün qoruma hesabatları APOPO-nun Şikayətlər üzrə Menecerinə çatır. O, Direktorlar Şurasının üzvüdür və hər bir hesabatın dərhal, ədalətli şəkildə və APOPO-nun Qoruma və İstismar siyasətinə uyğun araşdırılmasını təmin edir.

Əgər adınızı paylaşmaqla özünüzü təhlükədə hiss edirsinizsə, anonim qala bilərsiniz.
Lakin biz sizi əlaqə məlumatlarınızı daxil etməyə təşviq edirik ki, lazım gəldikdə əlavə məlumat toplaya bilək və çətin vəziyyətdə olan şəxslərin təhlükəsizliyini qorumaq üçün təsirli tədbirlər görə bilək.

Adınızı paylaşmağınız sizi risk altına qoymur. APOPO, bütün hesabatları ciddi məxfiliklə saxlayır və narahatlığını xoş niyyətlə bildirən hər kəsi qisas və yaxud mənfi münasibətdən qoruyur.

“Daha ətraflı öyrənin” (xoş niyyət barədə açıqlama):
“Xoş niyyətlə” hesabat vermək o deməkdir ki, siz paylaşdığınız məlumatın doğru olduğuna səmimi şəkildə inanırsınız, hətta sonradan bunun səhv olduğu məlum olsa belə.

Əgər kiminsə həyatı və ya təhlükəsizliyi üçün risk mövcuddursa, hesabat təqdim etməklə yanaşı, xahiş edirik ki, dərhal yerli təcili yardım və təhlükəsizlik xidmətilərinə eyni zamanda, etibar etdiyiniz rəhbərə və Qoruma və İstismar üzər nümayəndə ilə birbaşa əlaqə saxlayın.

Səsiniz bizə APOPO-nu hər kəs üçün təhlükəsiz, hörmətli və məsuliyyətli bir təşkilat kimi saxlamağımıza kömək edir.

Qoruma və İstismar ilə bağlı hər hansı sualınız olarsa, xahiş edirik, Qoruma və İstismar üzrə Məsul Şəxsə və İnsan Resursları Menecerinə bu electron ünvan vasitəsilə əlaqə saxlayasınız: safeguarding@apopo.org