Şikayətiniz haqqında
APOPO təmin edir ki, sizin göndərdiyiniz hesabat təhlükəsiz, ədalətli və məxfi şəkildə araşdırılacaq.
- Hesabatınızı öz dilinizdə yaza bilərsiniz.
- Əgər əlaqə məlumatlarınızı təqdim etmisinizsə, iki iş günü ərzində təsdiq e-poçtu alacaqsınız.
- Sizin hesabatınız birbaşa APOPO-nun Şikayətlər üzrə Menecerinə, Direktorlar Şurasının üzvü cənab Gerrit Ruitingaya göndəriləcək. O, bu forma və complaints@apopo.org electron poçt ünvanı vasitəsilə daxil olan bütün qoruma və istismar (safeguarding) halları üzrə nəzarəti həyata keçirir.
- Şikayətlər üzrə Menecer hesabatı aldıqdan sonra onu nəzərdən keçirəcək, vəziyyətin təcilliyini və risk səviyyəsini qiymətləndirəcək və əgər kimsə risk altında ola bilərsə, əlavə məlumat üçün sizinlə əlaqə saxlaya və ya dərhal tədbir görə bilər.
- Əgər hesabatınız kiminsə təhlükəsizliyinə və ya rifahına təcili risk yaradırsa, bu hal dərhal prioritet kimi qiymətləndiriləcək.
- Digər hallarda isə (əgər əlaqə məlumatları təqdim olunubsa), mümkün qədər tez, lakin bir aydan gec olmayaraq, ilkin cavab alacağınızı gözləyə bilərsiniz.
- Bütün hesabatlar yalnız səlahiyyətli qoruma və istismar heyəti ilə, “bilən-bilməlidir” prinsipinə əsasən paylaşılır.
- Xoş niyyətlə narahatlığını bildirən hər kəs APOPO-nun “Məlumat verənlərin müdafiəsi və qisasın qarşısının alınması” siyasəti ilə qorunur.
Təşəkkür edirəm